گلیب ائو سالمؽشام غم قؽشلاغؽندا
رقیبدن 1 ، یاردان خبرسیز
کدر باغبانؽیام حسرت باغؽندا
چیچکدن خبرسیز ، باردان خبرسیز
هر کیم عئشقین بازارؽنده دیلندی
چولاشار بۏینۇنا غۇصصا کمندی
بیر وخ باخار گؤرۆر عؤمۆر تۆکندی
جللاددان خبرسیز ، داردان خبرسیز
من کی اؤز ایشیمده بلالی باشؽم
پس نییه هامؽیا آغؽردؽر داشؽم
یۏلۇما داش دۆزر عزیز یۏلداشؽم
غئیرتدن خبرسیز ، عاردان خبرسیز
قارؽشؽب بیر بیره پایؽزیم یازؽم
ایتیب چالاغانؽم سینیبدیر سازؽم
هانسؽ هاوالاردا دردیمی یازؽم
آشؽقدان خبرسیز ، تاردان خبرسیز
gəlib ev salmışam qəm qışlağında
rəqibdən xəbərsiz , yardan xəbərsiz
kədər bağbanıyam , həsrət bağında
çiçəkdən xəbərsiz , bardan xəbərsiz
hər kim eşğin bazarında diləndi
çolaşar boynuna ğussa kəməndi
bir vəx baxar görür ömür tükəndi
cəlladdan xəbərsiz , dardan xəbərsiz
mən ki öz işimdə bəlalı başım
bəs niyə hamıya aqırdır daşım
yoluma daş düzər əziz yoldaşım
qeyratdən xəbərsiz , ardan xəbərsiz
qarışıb bir birə payızım , yazım
itib çalaqanım , sinibdir sazım
hansı havalarda dərdimi yazım
aşıqdan xəbırsiz , tardan xəbərsiz
برچسب:
نویسنده: مریم کمالی